AZE RUS ENG
REGİONLAR İNVESTİSİYA ƏMƏKDAŞLIQ İNNOVASİYA
Azərbaycanın iqtisadiyyatı
Nazirliklər və idarələr
Maliyyə sistemi
Təmsilçiliklər və Missiyalar
Biznesə yardımçı təşkilatlar
Xarici kompaniyalar
Qanunvericilik və hüquq
Metodik materiallar
Sərgilər və yarmarkalar
Veb kataloqlar və BD
Ana səhifəyə
Qonaq kitabı
Forum
Yenilənən Bölmələr
Abunə olmag
Baş çəkmə  
Kataloga əlavə
Reklamların sifarişi
Bizimlə əlaqə
Azərbaycan Respublikasının İqtisadi Rayonları.
 Kəlbəcər-Laçin iqtisadi rayonu
Kəlbəcər-Laçın iqtisadi rayonu Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir. Azərbaycan ərazisinin 7,5 %-i, əhalisinin isə 2 %-dən bir qədər çoxu bu rayonun payına düşür. Dağlıq relyeflə əlaqədar burada iri təsərrufat obyektlərinin yaradılması, nəqliyyat yollarının çəkilməsi və diqər ərazilərlə əlaqələr yaradılması çox çətindir.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq təşkil etmişdir. Qoyuqçuluq, maldarlıq, arıçılıq, tütünçülük, üzümçülük, meyvəçilik, taxılçılıq kənd təsərrüfatının inkişaf etmiş sahələrindən olmuşdur. Zənqilan, Qubadlı inzibatı rayonlarında və çayların subasarlarında əkinçilik üçün əlverişli şərait vardır. Aqroiqlim ehtiyatları buna imkan verir. Sənayemüəssisələri bu xammal növlərinin emalına əsaslanmışdır. İqtisadi rayonda ət-süd məhsulları emal edilirdi, xalça toxunurdu.

İqtisadi rayon ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. faydalı qazıntı ehtiyatları vardır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər. İqtisadi rayona daxil olan bütün inzibati rayonlar erməni işğalı altında olduğundan onların inkişafına dair tədbirlər hələlik bu proqramm çərçivəsində nəzərdə tutulmamışdır.

Kəlbəcər-Laçin iqtisadi rayonuna daxil olan inzibati rayonlar erməni işğalından azad edildikdən sonra həmin rayonların sosial - iqtisadi inkişafı ilə bağlı xüsusi proqramm hazırlanaraq həyata keçiriləcəkdir.

  
 Kənd təsərrüfatı məhsullarının istehsalı
 Sənaye məhsulları istehsalı
 Əsas faydalı qazıntı və tikinti materialları istehsalı üçün xammal yataqları
geri qayıtmaq 
Copyright © 2005