AZE RUS ENG
REGİONLAR İNVESTİSİYA ƏMƏKDAŞLIQ İNNOVASİYA
Azərbaycanın iqtisadiyyatı
Nazirliklər və idarələr
Maliyyə sistemi
Təmsilçiliklər və Missiyalar
Biznesə yardımçı təşkilatlar
Xarici kompaniyalar
Qanunvericilik və hüquq
Metodik materiallar
Sərgilər və yarmarkalar
Veb kataloqlar və BD
Ana səhifəyə
Qonaq kitabı
Forum
Yenilənən Bölmələr
Abunə olmag
Baş çəkmə  
Kataloga əlavə
Reklamların sifarişi
Bizimlə əlaqə
Azərbaycan Respublikası Ümumi məlumatlar
Yaradılma tarixi - 28 may 1918-ci il
Müstəqillik günü - 18 oktyabr 1991-ci il
Ərazisi - 86,6 min kv.m.
Əhalisinin sayı - (2001-ci ilin əvvəlinə)-8202,5min nəfər
Paytaxtı - Bakı
Dövlət dili - Azərbaycan dili
Pul vahidi - manat
 AZƏRBAYCANIN TƏBİƏTİ VƏ TƏBİİ EHTİYYATLARI
COĞRAFİ MÖVQEYİ
FAYDALI QAZINTILAR
İQLİM
SU EHTİYATLARI
FLORA
FAUNA
  İQTİSADİYYAT
Neft və neft emalı sənayesi
Kimya və neft kimya sənayesi
Elektroenergetika
Maşınqayırma
Metallurgiya
Tikinti materiallarının istehsalı
Yüngül sənaye
Yeyinti sənayesi
Ağac emalı sənayesi
Kənd təsərrüfatı
Nəqliyyat
Rabitə və telekommunikasiya
Maliyyə sistemi
Sahibkarlıq


 AZƏRBAYCANIN TƏBİƏTİ VƏ TƏBİİ EHTİYYATLARI
 COĞRAFİ MÖVQEYİ
Azərbaycan Qafqaz bərzəxinin Xəzər dənizi boyu uzanan 800 km-dən artıq cənub-şərq hissəsini tutur. Avropa ilə Asiyanın kəsiyində (38°25"-41°55" şimal eninə və 44°50"-50°-52" şimal uzununa) yerləşən respublikanın nadir geosiyası və coğrafi mövqeyi hələ qədimlərdən dünya iqtisadi və mədəni əlaqələri üçün öz əhəmiyyətini qoruyub saxlamışdır. Naxçıvan Muxtar Respublikasının da (5,5 min kv.km) daxil olduğu Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km-dir. Azərbaycan şimaldan Rusiya Federasiyası ilə (sərhəddin uzunluğu 179 km-dir) , qərbdən Ermənistan Respublikası ilə (785 km), şimal-qərbdən Gürcüstan Respublikası ilə (322 km), cənub-qərbdən Türkiyə ilə (11 km), cənubdan İran İslam Respublikası ilə (618 km) həmsərhəddir.

Azərbaycan ərazisi üç tərəfdən bu ərazinin yarısından çoxunu tutan dağlarla əhatə olunmuşdur: şimalda -Böyük Qafqaz, qərbdə və cənub-qərbdə Kiçik Qafqaz ; cənubda onlara Talış dağları birləşir. Bu dağlar arasında olan bütün məkan Azərbaycanın ən iri Kür-Araz ovalığıdır. Ovalıq maili düzənliklərlə və alçaq dağlarla əhatə olunmuşdur. Bundan əlavə respublikaın ərazisində daha dörd əlahiddə düzənlik vardır: biri -Böyük Qafqazın şimal yamacında (Qusar maili düzənliyi və Samur-Dəvəçi düzənliyi); digəri -Cənubi Qafqaz yaylasının içərisində Naxçıvan düzənliyi; üçüncüsü--dənizdən çox uzaqlara uzanan -Abşeron yarımadası düzənliyi və dördüncüsü- Talış dağlarının ətəyində Lənkəran düzənliyi.
Beləliklə, Azərbaycanın səthi Xəzərə maili olan iri sıldırımlı dağlarla hüdudlanan nəhəng tabağı xatırladır.

Azərbaycan şimaldan cənuba olan şərq sahili Xəzər dənizinin suları ilə yuyulur. Bu, yer üzündə ən duzlu göldür. Lakin, ölçüləri də hidroloji xarakteristikası da, mənşəi də onun dəniz adlandırılmasına əsas verir. Hal-hazırda Xəzərin ümumi sahəsi 394 min kv. km-dir, bu da Dünya okeanının bir çox dənizlərindən böyükdür. Sahil xəttinin uzunluğu 6380 km-dir. Azərbaycanın hüdudlarında onun sahəsi 800 kv. km-dən artıqdır.
Dənizin indiki səviyyəsi Dünya okeanının səviyyəsindən 28 m aşağıdır.
Səthinin bu qabarıq iri cizgiləri Azərbaycanın coğrafi mövqeinin xüsusiyyətləri ilə birlikdə bir çox halda onun zəngin təbiətə malik olduğunu göstərir.
Azərbaycan relyefinin müasir siması, onun vulkanlı yaylaları, dağlararası dərin çökəklikləri və çay vadiləri ilə, düzənlik və sahilləri ilə, müxtəlif faydalı qazıntılar kompleksi ilə geologiya tarixində milyon illər ərzində formalaşmışdır. Müasir Azərbaycanın müxtəlif və çox şaxəli qəribə tərzdə parçalanmış relyefi bir çox iri sahələrdə xarakterik zahiri xüsusiyyətlərə malikdir.

qeri qayıtmaq 
 FAYDALI QAZINTILAR
Azərbaycan faydalı qazıntılarla zəngindir. Onların arasında neft və təbii qaz xüsusi yer tutur. Ən məşhur yataqlar Abşeron yarımadasında və Xəzər şelfində yerləşir.
Abşeron yarımadasından şimalda Siyəzən rayonu yataqları perspektivlidir. Abşerondan qərbə və cənub qərbə neft yataqları Qobustanda, Şirvanda, Salyan düzənliyində yerləşir. Hal-hazırda Abşerondan cənuba dəniz akvatoriyasında iri neft yataqları kəşf edilmişdir. Qaz yataqları da xüsusi əhəmiyyət kəsb edir.
Gəncə şəhərinin yaxınlığında müalicəvi neftin nadir növü (Naftalan) vardır.

Azərbaycan dəmir filizi və alunitlə zəngindir. Burada kükürd kolçedanı, molibden, arsen vardır. Balakən çayının yuxarı axarında -filiz çaydakı dəmir filizi yataqları sənaye əhəmiyyəti kəsb edir.

Ən iri dəmir filizi yataqları Kiçik Qafqaz dağlarında (Daşkəsəndə) yerləşir. Kiçik Qafqazın şimal yamaclarında, Zəylik rayonunda dünyada ehtiyatına görə birinci yerlərdən birini tutan alunit yataqları vardır. Buranın yaxınlığında (Daşkəsən-Gəncə rayonlarında) xeyli kobalt, kükürd kolçedanı ehtiyyatları vardır. Gədəbəy, Tovuz, Ordubad, Kəlbəcər və Zəngilan rayonlarında iri qızıl, gümüş, mis yataqları vardır. Naxçıvan ərazisində daş duz (Nehrəm yatağının 2-2,5 milyard ton ehtiyatı vardır), arsen və molibden yataqları (Paraqaçayda) işlənir.

Azərbaycan torpağı müxtəlif tikinti materialları ilə zəngindir. Burada Kiçik Qafqaz ərazisində karrar mərmərindən seçilməyən mərmər, qəşəng və möhkəm tuf hasil edilir. Abşeron yarımadasında isə çınqıl, qum, əhəng, oda davamlı və kərpic gil hazırlanır. Respublika 300 milyard ton tikinti daşı (Güzdək, Mərdəkan, Dövlətyarlı, Dilaqard, Şahbulaq, Naftalan, Daş Salahlı), 24 milyon ton üzlük daş (Gülbəxt, Daşkəsən, Şahtaxtı, Gülablı) ehtiyatına malikdir.
Azərbaycanda 1000-dən artıq soyuq, termal və mineral su mənbələri vardır. Bunlardan ən məşhurları İstisu, Turşsu, Badamlı, Qalaltı, Şıxburnu, Suraxanıdır.

qeri qayıtmaq 
 İQLİM
Düzənliklərdə - qızmar yay və quraqlıq, yağmurlu ilıq payız, sərin və rütubətli qış, qeyri sabit, isti soyuq qarışıqlı yaz. Dağlarda-çox qatlı, hətta daimi qar və buz örtüklü yüksəkliklər, günəşli və kölgəli, küləkli və küləksiz yamaclar - Azərbaycan iqliminin ümumi cizgiləri belədir. Bu iqlimin əsasında subtropik iqlimə keçid durur. Lakin, burada bir sıra subtropik çəmənlərin becərildiyini nəzərə almaqla, respublikanın ərazisi, düzənliklərin çox böyük hissəsini əhatə edən rütubətli Alazan-Ağrıçay vadisinə və Lənkəran ovalığına bölünür. İqlimin bu xüsusiyyətləri hər şeydən əvvəl, Azərbaycanın coğrafi mövqeinin xüsusiyyətləri, cərəyan edən prosesləri və səthinin müxtəlifliyi ilə müəyyən edilir.

Respublikada aran rayonlarında və Abşeron yarımadasında yaz martın əvvəlindən başlayır.

Azərbaycanda yay mövsümü ən uzun mövsümdür. Mövsüm mayın sonlarından başlayır, sentyabrın ortalarına qədər, bəzən də sonunadək davam edir. Ən isti aylar iyul və avqustdur. Aran rayonlarında və Abşeronda payız oktyabrda başlayır. Azərbaycanın qışı, ümumilikdə götürdükdə mülayimliyi ilə seçilir. Ən soyuq aylar yanvar-fevraldır.

Ölkədə yer üzündə mövcud olan 13 iqlim qurşağının quru, rütubətli, subtropikdən tutmuş dağ tundrasına qədər 9 iqlim qurşağı vardır. Temperatur hündür dağlarda -45° C ilə düzənlikdə + 45° C arasında olur.

qeri qayıtmaq 
 SU EHTİYATLARI
Azərbaycanın bütün çayları Xəzər dənizinə axır. Onlardan bəziləri bir-başa Kürə, digərləri əvvəlcə onun ən iri qolu olan Araza, üçüncüləri isə bilavasitə Xəzər dənizinə tökülür. Respublikada çayların orta illik axını 7,78 milyard kub. metrdir.
Çay şəbəkəsi ərazi üzrə qeyri - bərabər bölünür. su keçirən yumşaq torpağı olan quru sahələrdə su son dərəcə seyrəkdir, dağlarda güclü yağıntıların və relyefin təsiri ilə daha sıxdır.
Azərbaycanın ən uzun çayı Kürdür. Azərbaycanın hüdudlarında Kürün uzunluğu 900 km-dir. Çay yatağının 236-cı km-də Araz Kürə tökülür.
Azərbaycanın ikinci ən böyük çayı olan Araz başlanğıcını Kür çayı kimi Türkiyədən alır. Çayın uzunluğu 1072 km.-dir. Çay yatağının 580 km boyu Azərbaycanın Türkiyə və İranla sərhəddi keçir.
Azərbaycanın dağlarında uzunluğu ən azı 10 km olan minlərlə çay axır. Respublikanın 800-ə yaxın çayının uzunluğu 10 km-dən 100 km-ə qədərdir, 23 çayın uzunluğu 100 km-dən çoxdur.
Azərbaycan çaylarının potensial hidroenergetika ehtiyatları ildə təqribən 16 milyard kvt. saatdır. Onların əsas hissəsi Kür və Arazın payına düşür. Kürün üzərində -- Mingəçevir (Cənubi Qafqazda ən böyük), Şəmkir, Yenikənd, Varvara, Araz üzərində -- Naxçıvan iri hidroelektrik stansiyaları işləyir.

Yalnız Kür çayı nəqliyyat əhəmiyyəti kəsb edir. Yevlax şəhərindən başlanğıca qədər olan sahə böyük olmayan sərnişin və yük gəmiləri yoludur.
Çaylar balıq ovlanması baxımından da qiymətlidir. Burada qızıl balıq, nərə balığı kürüləyir. Kiçik Qafqaz çaylarında ala balıq olur.
Azərbaycanda 250-yə qədər kiçik göl vardır: Kürün tarixi gölləri (Hacıqabul, Sarısu) vardır. Dağ rayonlarında tektonik, nohur və buzlaq mənşəli göllər vardır: Göy göl (1556 m yüksəklikdə), Böyük və Kiçik Alagöl (2730 m yüksəklikdə), Xəzərin sahili boyu göl-limanlar - Dəvəçi, Gemüşovan, Gilə, Giləaqna gölləri vardır. Abşeronda Binəqədi əyri gölü nadir göldür. Bura qədim heyvan qalıqlarının küll halında gömüldüyü yerdir.

Təbii hidroqrafik şəbəkələrlə yanaşı, Azərbaycanda, habelə, su anbarlarının tənzimlədiyi süni suvarma sistemi də vardır. Bunlardan ən irisi 1953-cü ildə Kürün orta axarında yaradılan Mingəçevir su anbarıdır. 88 metr hündürlükdəki su bəndi sahəsi 605 kv.km və ümumi tutumu 16,1 milyon kub m. olan su anbarı yaratmışdır. Araz (həcmi 1,350 min kub.m), Şəmkir (2,670 min kub m.) su anbarları vardır. Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanalları başlanğıcını birincidən götürür və Kür - Araz aran sahillərinə verir. Suvarma kanalları sisteminin ən sıx şəbəkəsi Muğan düzündə yaradılmışdır. Burada magistral kanalların və qollarının uzunluğu 3000 km-dən çoxdur. Samur - Dəvəçi ovalığı sahəsi boyunca uzunluğu 191 km olan Samur -Dəvəçi suvarma kanalı çəkilmişdir. Kanal başlanğıcını Samur çayından alır və Ceyranbatan su anbarına çatır, sonra bütün Abşeron yarımadası boyu uzanır. Bu kanalın suları ilə nəinki Azərbaycanın şimal-şərq hissəsi və Abşeronun quru torpaqları suvarılır, həm də Bakı və Sumqayıt şəhərlərinin əhalisinin və sənayesinin tələbatı ödənilir. Respublikada kanalların ümumi uzunluğu 47058 km-dir, suvarılan torpaqların ümumi sahəsi isə 1,4 milyon hektardır.

Azərbaycanın bəzi rayonlarının su təchizatında kənd təsərrüfatında istifadə edilən yeraltı sular böyük əhəmiyyət kəsb edir, Abşeronda bu sular şortəhərdir. Xəzər dənizi planetin nadir su anbarıdır. Xəzər Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
Xəzər dənizi respublikanın təbiətinə və iqtisadiyyatına böyük təsir göstərir. O, mühüm və ucuz nəqliyyat yoludur. Onun sularında trilyon tondan artıq müxtəlif duzlar vardır, Xəzərin dibindən neft və yanar qaz çıxarılır. Neft kondensatının 67%-i və qazın 95%-i dəniz yataqlarının payına düşür. Sahil boyu sanatoriyalar, müalicəxanalar, kurort kompleksləri tikilir Xəzər dənizinin səviyyəsi dəyişkəndir; bu su nəqliyyatının inkişafına, şelfdə neftin hasilatına, balıq yetişdirilməsi təsərrüfatına və digər sahələrə öz təsirini göstərir.
Xəzər nadir balıqlarla zəngindir. Nərə balığı dünya ehtiyyatının 80%-dən çoxu Xəzərdədir. Qara kürünün dünya hasilatının xeyli hissəsini verir. Respublikamızın ərazisi termal sular və mineral mənbələrlə zəngindir. "Badamlı"nın, "Sirab"ın, "İstisu"nun müalicəvi xüsusiyyətləri Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda məşhurdur.

qeri qayıtmaq 
 FLORA
Azərbaycan ərazisində 4100 -dən artıq bitki növü vardır. Onlardan 200-dən çoxu endemdir. Azərbaycandan və qonşu Gürcüstandan başqa dünyanın heç bir yerində məsələn, eldar şamına rast gəlmək olmaz. Kürün deltasında öz nadir gözəlliyinə görə Xəzər Lotosu (Şanagülləsi) məşhurdur.

Kür, Araz və Alazan daşqınları nəticəsində yaranan və torpağı qorumaq funksiyasını həyata keçirən, daha çox suyu olan və quru düzənliklərdə kəsişən çayların sahillərindəki tuqay meşələri nadirdir. Bu meşələrdə palıd, cökə, söyüd, fındıq ağacları ilə zəngindir.
600-700 m-dən 1800 m-ə qədər yüksəklikdə olan dağ yamacları palıd, vələs, fısdıq, nəhəng ağcaqayın, göyrüş ağaclarından ibarət enli yarpaqlı meşələrlə örtülmüşdür. Bu meşələr Azərbaycanın bütün ərazisinin 10%-dən artığını tutur. Dağ meşələri suyu və torpağı qoruduğundan mühüm əhəmiyyəti vardır, şikar üçün də, istirahət və turizm bu meşələr cəlbedicidir.

Talış-Lənkəran rayonunun enliyarpaq dağ meşələri özünəməxsusdur. Burada ipək akasiyasının qədim qalıq növləri, həddindən ağır dəmir ağacı və ya suda batan dəmir ağacı bitir.
Azərbaycanın florası -qiymətli xammalın, yeyinti məhsullarının və tikinti materiallarının mənbəidir; respublikanın florasına müalicəvi, aşılayıcı, boya, vitamin tərkibli, cır meyvəli və yem bitkiləri daxildir.

qeri qayıtmaq 
 FAUNA
Azərbaycanda 12 mindən artıq heyvan növü vardır. Onlardan 92-i məməlilər, 350-i quşlar, 49-u sürünənlər, 9-u suda-quruda yaşayanlar, 88-i balıqlar, 10 minə qədəri onurğasızlardır.
Azərbaycanın ərazisində bir neçə zoocoğrafi əyalətlər vardır, onların hər birinin özünə məxsus heyvan növləri - özünün fauna kompleksi vardır.
Respublikanızın quru ovalığının faunası üçün gəmiricilərin (ərəbdovşanı, çöl siçanı və s.), sürünənlərin (quru tısbağalar, bağa ilanı, boa, gürzə) çoxluğu ilə xarakterikdir.

Düzənlərdə Orta Asiya ahusuna və ya ceyranına, tülküyə, canavara, porsuğa rast gəlinir. Quşlar aləmi rəngarəngdir. Qızılağac qoruğunda, Lənkəran ovalığının bataqlıqlarında və rütubətli meşələrində köçəri quşların 200-dən artıq növünə rast gəlmək olar, həm də bir anda milyonlarla quş-- qutan, qızıl qaz, qu quşu, vağ quşları toplanır. Burada bütün il boyu sultan toyuğu olur.
Böyük və Kiçik Qafqazın dağ ətəkələrində yarasaların olması adi bir haldır, burada ağbaşlı Asiya kərkəsi, qaya sittası (kiçik quş), kəklik, vəhşi göy göyərçin görünür, qırqovula, ağamaya, gürzəyə rast gəlinir. Sürünənlərin arasında, əlavə olaraq pişikbaş ilana, iti göy kərtənkələyə rast gəlmək olar.

Böyük Qafqazın orta dağ meşələrində Qafqaz maralı, dağ keçisi, cüyür, ayı dolaşır. Azərbaycan meşələrinin faunasının bu meşələrdə yaşayan bəbir özünə məxsus yaraşıq verir.
Böyük Qafqazın çöl-qayalarında endem Dağıstan dağ keçiləri otlayır, dağ keçilərinin dəstəsinə rast gəlinir. Kiçik Qafqazda onları vəhşi qoçlar və ev keçilərinin əcdadlarından olan ağ keçilər əvəz edir. Hündür dağların hamısında iri keçəl kərkəslər-- toğlu aparanlar, habelə, endemlər -Qafqaz qaraquşları və Qafqaz uları dolaşır.

Xəzərin suları qiymətli balıqlardla zəngindir. Ov üçün müxtəlif siyənək balığı, Xəzər qızıl balığı, ağ balıq, nərə balığı, xəşəm, şamayı, kütüm, Xəzər ilan balığı, mərsin balığı və s. balıqlar vardır.
Kürdə çay balığının 50-dən artıq növü vardır; onlardan 23-ü sənaye əhəmiyyətlidir. Xəzərdə suiti də vardır.
Qiymətli və nadir bitki, quş və heyvan növlərinin qorunması üçün qoruqlar və müvəqqəti qoruqlar yaradılmışdır, onlardan ən iriləri Zaqatala, Qızılağac, Girkan, Turiançay, Qarayazı, Ağstafa, Şəki, Quba - Qusar, Göy-göl, Laçın, Bəndavan qoruqlarıdır. Azərbaycanın "Qırmızı Kitabına" 100-dən artıq heyvan növü daxil edilmişdir.

qeri qayıtmaq 
 
  İQTİSADİYYAT
Azərbaycan sənaye aqrar respublikasıdır. Azərbaycannın çox sahəli iqtisadiyyatı zəngin və müxtəlif növ faydalı qazıntılardan istifadəyə əsaslanır. Neft və qazdan əlavə, sənaye mənimsəniməsinə dəmir, sink, molibden filizi, daş duz, tərkibində yod, brom olan buruq suları, gips, əhəng, bitum, gil, mərmər və digər faydalı qazıntılar, habelə, hidroenergetika ehtiyyatları cəlb edilmişdir. Respublikanın kənd təsərrüfatı tərəvəz, meyvə, pambıq, tütün və subtropik bitkilər, həmçinin barama və qoyunçuluq sahəsində ixtisaslaşır. Buna müvafiq olaraq, ölkənin sənaye strukturunda kənd təsərrüfatı xammalının ilkin emalı ilə məşqul olan sahələr xüsusi yer tutur. Azərbaycan xeyli dərəcədə əmək ehtiyyatlarına da malikdir, bu da bir çox halda əhalinin təbii artımı ilə izah olunur. Azərbaycanın xarici ölkələrlə inkişaf edən iqtisadi əlaqələri nəqliyyat şəbəkəsinin şaxələnməsini təmin edir. Beynəlxalq əmək bölgüsündə Azərbaycan neftin hasilatı və emalı, kimya və elektrotexnika sənayesi, neft maşınqayırması, qara və əlvan metallurgiya, tikinti materiallarının istehsalı, meşə və yeyinti sənayesi ərazisi kimi fərqlənir. Bütünlükdə, sənaye və xüsusilə də, ağır sənaye sahələri respublika iqtisadiyyatının mühüm hissəsidir.

Respublikanın milli məhsul istehsalının yarısından çoxu sənaye istehsalında həyata keçirilir, bunun 70%-i Abşeronda cəmləşmişdir və digər sahələrin, ilk növbədə kimya, elektrotexnika, maşınqayırma, qara metallurgiyanın inkişafı ilə sıx bağlı olan neft və neft emalı sənayesindən ibarətdir. Həm də neft və onunla bağlı olan sahələr, sənaye potensialının 50%-ni cəmləşdirərək və ölkə iqtisadiyyatının bazası olaraq, istehsal prosesində possovet məkanında mövcud olan ənənəvi texnoloji əlaqələrin sarsılması nəticəsində çətinliklərlə üzləşir. Eyni zamanda yeni neft yataqlarının mənimsənilməsinə yönəldilən xarici kapitalın həcminin artması nəzərə alınmaqla, məhz bu sahələr daha perspektivlidir.

qeri qayıtmaq 
 Neft və neft emalı sənayesi
Neftin hasilatı və emalı Azərbaycan sənayesinin əsas sahəsidir. Respublikada, 1871-ci ildən başlayaraq bu günədək bir milyard tondan artıq neft hasil edilmişdir. Əgər əvvəllər neft yalnız Abşeron yarımadasında hasil edilirdisə, zaman keçdikcə Azərbaycanın bir çox rayonlarında yeni neft yataqları aşkar edilmiş, 1949-cu ildə isə Xəzərin dibindən çıxarılmasına başlanmışdır. Mütəxəssislərin rəyinə görə respublikanın ərazisində ən azı 2,3 milyardton neft ehtiyatı vardır.

Respublikamız müstəqillik əldə etdikdən sonra iqtisadi çətinliklərin aradan qaldırılması üçün neft və qaz hasilatının artırılması zərurəti yarandı. Maliyyə imkanlarının məhdudluğundan respublika höküməti bu sahəyə kapital qoyuluşu üçün xarici şirkətləri dəvət etmək qərarına gəldi. Nəticədə1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycanın neft yataqlarının birgə işlənməsi üçün ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Yaponiya, Türkiyə kimi nəhəng dövlətlərlə saziş imzalandı.

Bu saziş "Əsrin saziş" adını qazandı. Sazişin həyata keçirilməsi bir çox şirkətlərin ölkənin iqtisadiyyatına əminliklə kapital qoymasına imkan yaratdı. Bu gün neft hasilatında dünyanın 15 ölkəsinin 34 iri şirkəti iştirak edir. Yaxın otuz ildə kapital axınının 16-17 milyard ABŞ dolları həcmində olacağı planlaşdırılır. Belə siyasət sayəsində neft sənayesinin maddi-texniki bazası möhkəmlənməyə başladı. "Azəri", "Çıraq", "Günəşli" "Şahdəniz" saziş yataqlarının mənimsənilməsi işləri aparıldı. Neft emalı üzrə müasir obyektlər, "Dədə Qorqud", "Qurtuluş", "Lider" kimi ağırtonlu üzən qazma qurğular istismara verilmişdir. Səngəçaldan Supsa limanına qədər uzunluğu 926 km olan "Bakı-Batumi" qərb marşrutunda neft borusunun qurulması başa çatdırılmış və uğurla istismar edilir.

Dünyada ən uzun boru kəmərlərdən biri olan "Bakı-Tiflis-Ceyhan"ın inşası başa çatmışdır. "Bakı-Ərzurum" yeni qaz kəmərinin inşası nəzərdə tutulur.
Neft hasilatının genişlənməsilə əlaqədar olaraq neft emalı da inkişaf edir. Respublika nefti karbohidrogenin quruluşu (az kükürdlü) xassələri sayəsində üzvi sintez sənayesi üçün qiymətli xammaldır. Bakının neft emalı zavodları 100-dən artıq neft məhsulunun buraxılmasına başlamışdır, bunların yarısı yüksək keyfiyyətli sürtgü yağlarıdır. Qaz və qaz kondensatı hasilatı da yanacaq balansında mühüm rol oynayır.

qeri qayıtmaq 
 Kimya və neft kimya sənayesi
Ölkənin iqtisadiyyatında neft və qaz emalı bazasında kimya və neft kimyası sənayesi mühüm rol oynayır. Bu sahənin çox müəssisələri xammal mənbələrinə yaxın Bakıda və Sumqayıtda habelə, Gəncədə, Salyanda, Neftçalada cəmləşmişdir.

Neft emalı zavodlarında yüksək oktanlı benzin, dizel yanacağı, sürtgü yağları, yağ qatışıqları və onlarla digər kimyəvi birləşmələr alınır. "Ximprom", "Sintetik kauçuk", "Üzvi sintez", "Superfosfat", "Məişət kimyası" kimi iri zavodlarda və polimer kombinatda onlarla adda polimer məhsulları, o cümlədən, sintetik kauçuk, şin, sintetik rezin, his, herbisidlər, əmtəə və məişət kimyası, plastmas, süni dəri, qatran, sulfat turşusu, mis kuporosu, azot, superfosfat, xlorid turşusu, kaustik soda, etil spirti, etilbenzol və digər spirtlər buraxılır.

Gəncədə kalium kübrələr, sabın, rənglər, laklar istehsal olunur. Salyanda plastmaslar, polietilen örtüklər, borular, müxtəlif xalq istehlakı malları, Neftçalada yod, brom, istehsal olunur. Kimya və neft kimyası sənayesinin bir çox məhsulu ixrac edilir.

qeri qayıtmaq 
 Elektroenergetika
Sənayenin yüksək enerji tutumu təbii qaz və mazutla işləyən istilik, əsasən, elektrik stansiyalarının (Mingəçevir DES, Şimal DES, Əli-bayramlı İES, Gəncə İES) və hidroelektrik stansiyalarının (ölkə çaylarının energetika ehtiyyatlarının rəylərə görə ildə 15 milyard kvt.s-dan artığı hələ heç də tükənməyib) təmsil olunduğu elektroenergetikanın inkişafına təkan vermişdir.
Ən iri hidroelktrik stansiyalarına Mingəçevir, Araz, Şəmkir, Yenikənd, Varvaranı göstərmək olar.

qeri qayıtmaq 
 Maşınqayırma
Azərbaycanın sənaye potensialının demək olar ki, 1/5 -ni neft maşınqayırması, radioelektronika, cihazqayırma daxil olmaqla maşınqayırma kompleksi təşkil edir. Son illərdə respublikada ölkənin inkişafında elmi-texniki tərəqqini müəyyən edən maşınqayırmanın ağır həcmli və iritutumlu sahələri prioritet əhəmiyyət kəsb edir. Bu sahənin ixrac olunan məhsulları sırasında elektrik mühərrikləri, kabel məhsulları, avtomexanizasiya vasitələri, məişət kondisionerləri soyuducular və s. vardır.
Respublikada maşınqayırmanın və metal emalının meydana gəlməsi ilk növbədə neft hasilatı ilə bağlıdır. Buna görə də bu gün qazma və istismar avadanlıqları istehsalının müxtəlif növlərini mənimsəyən neft maşınqayırması aparıcı sahədir. Başqa istiqamətlərdə elektrotexnika, məişət texnikasının, müxtəlif alətlərin istehsalı seçilir.

qeri qayıtmaq 
 Metallurgiya
Azərbaycanın metallurgiyasına qara və əlvan metal filizinin hasilatı və zənginləşdirilməsi və oda davamlı metalların istehsalı daxil edilir. Azərbaycan metallurgiyası neft sənayesinin ehtiyaclarının ödənilməsi ilə möhkəm bağlıdır. Sumqayıtda boru - prokatı zavodu, tökmə polad, armatur və prokat buraxan Bakı elektrik poladtökmə zavodu, Daşkəsən dəmir filizi mədəni və filiz zənginləşdirmə kombinatı bu sahənin bayraqdarları kimi qalırlar. Gəncə və Sumqayıt alüminium sənayesi, Gədəbəy mis, filiz çay polimetal yataqlarının məimsənilməsi xüsusi əhəmiyyətə malikdir. Sənayedə 2006-cı ildən Gədəbəy rayonunda bir sıra qızıl yataqlarının mənimsənilməsi planlaşdırılır.

qeri qayıtmaq 
 Tikinti materiallarının istehsalı
Azərbaycanda tikinti materiallarının və qurğularının istehsalatı üç əsas sahədə - mineral tikinti xammalının hasilatı, daş hörgü materiallarının istehsalı və müxtəlif tikinti qurğularının hazırlanmasında özünü göstərir. Respublikada təxminən 1000-ə yaxın mineral xammal yataqları vardır. Onlardan ən əsasları - doğranmış əhəng, çay daşı, üzlük əhəng, mərmər, əhəng daşı, qum, çınqıl, kirəmit gili, gil süxurlar, istehsalat üçün xammal olan sement, karbon süxurlardır. Respublikada tikinti materialları sənayesinin əsas məhsulu kubik daşlar, kərpic, şüşə sement, şifer, kafel və çini qablar, asbestsement borular, istilik izolyasiyaları, polimerlər, dəmir beton qurğular, panellərdır.
Son illərdə Azərbaycanın bütün regionlarında tikintidəki kəskin canlanma tikinti materiallarına tələbatı artırmışdır. Bununla əlaqədar olaraq, özünün xüsusi yeri olan Quba-Xaçmazda (qum, çınqıl, kərpic, daş, kirəmit), Lənkəranda (kərpic, kirəmit, ağacdan hazırlanan məhsullar) tikinti materiallarının istehsalı nizama salınmışdır. br>
qeri qayıtmaq 
 Yüngül sənaye
Respublikanın yüngül sənayesi quruluşunun müxtəlifliyinə görə--pambıq təmizləmə, toxuculuq, tikiş, ipək istehsalı (Bərdə, Şirvan, Şəki - ipəkçiliyin qədim mərkəzləri), yunyuyan (Yevlax), trikotaj, gön-dəri sənayesi ilə fərqlənir. azərbaycanlıların zəngin vərdiş və milli adət-ənənələri nəzərə alınsa, bu sənayenin quruluşunda xalça istehsalı, zərgərlik məmulatları, mis qabların istehsalı xüsusi yer tutur.
Ayaqqabı, trikotaj və tikiş məmulatları, şüşə və çini qablar, xalçalar və s. bu kimi istehlak malları çox və müxtəlif çeşiddədir.

qeri qayıtmaq 
 Yeyinti sənayesi
Respublikanın əməli olaraq, hər yerində yerləşdirilən yeyinti sənayesi, demək olar ki, bütün məhsulun hamısını istehsal edir. Milli un məmulatları, yağ-pendir, konserv, çaxır istehsalı kimi sahələrlə yanaşı, habelə beynəlxalq aləmdə tanınan çay, tütün məhsulları da xüsusi yer tutur.

qeri qayıtmaq 
 Ağac emalı sənayesi
Ağac emalı, mebel, karton, tara, üzlük kağız, parket, pəncərə çərçivələri və s. respublikanın ağac emalı sənayesinin məhsullarıdır. Ağac emalı sənayesinin əksər müəssisələri Bakıda cəmləşdirilmişdir. Bundan əlavə, ağac emalı müəssisələri Gəncədə, Sumqayıtda, Naxçıvnda, Zaqatalada, Balakəndə, Xaçmazda, Lənkəranda, Astarada da vardır. Yerli xammalın çatışmazlığı üzündən respublikaya ağac və tikinti materiallrı Rusiyadan gətirilir. Respublikada mebel istehsalında polimer materialdan istifadə edilməsi üçün böyük imkanlar vardır.

qeri qayıtmaq 
 Kənd təsərrüfatı
Münbit iqlim şəraitindən (bol isti, işıq, davamlı vegetasiya dövrü) istifadə edən kənd təsərrüfatı bir çox qiymətli kənd təsərrüfatı bitkiləri yetişdirilməsində ixtisaslaşmışdır, lakin, torpaq azlığı ölkənin bütün dağ rayonları kimi, respublika üçün də xarakterikdir. Ümumi torpaq sahəsinin (8,7 milyon hektar) kənd təsərrüfatı üçün yararlı olanı 4 milyon hektardır. Bu sahənin də 22 %-dən çoxu şum torpaqların payına düşür, 2 milyon hektarı qış və yay otlaqlarıdır, kənd təsərrüfatına faydalı olan hissələri çox illik əkinlər tutur. Şum torpaqlarının təxminən yarısı Kür-Araz ovalığında yerləşir.

Azərbaycanın əkinçiliyi, demək olar ki, bütünlüklə suvarılan torpaqlardır (kənd təsərrüfatı torpaqlarının 70%-də meliorasiya işləri aparılır), buna görə də respublikanın mərkəzi hissəsindən 1 milyon hektardan artıq torpağı suvaran bir neçə iri magistral kanallar çəkilmişdir. Bu kanallar mənbələrini süni su anbarlarından götürür. Onlardan ən irisi Kür çayı üzərində - Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Bəhramtəpə su anbarlarıdır. Kənd təsərrüfatına yararlı torpaqların suvarılması üçün Arpaçay, Vayxır, Viləşçay su anbarlarından istifadə olunur.

Əkin sahələrinin ölçüsünə görə dənli bitkilər-buğda, payızlıq arpa, düyü - birinci yeri tutur. Ölkə üzrə buğda məhsulu orta hesabla hər hektardan 10-11 sentnerdir, düyü isə 15-18 sentnerdir. Texniki bitkilərdən pambığın orta lifli növü (birinci yerdə), qiymətli tütün növləri (ikinci yerdə), günəbaxan əkilir. Respublikanın dəniz sahili boyu tərəvəzçilik rayonları uzanır. Lənkəran tərəvəzin erkən növləri sahəsində ixtisaslaşmışdır. Ümum respublika istehsalının 3,6 %-i Lənkəran-Astara zonasının, 19,8%-i Quba-Xaçmaz zonasının payına düşür. Baxçaçılıq, xüsusilə də Naxçıvanda, Qusarda və üzümçülük də ixtisaslaşmanın əsas sahələrindəndir. Qoz-fındıq tinglərinin və tut ağaclarının qiyməti yoxdur. Azərbaycanda Kür - Araz ovalığında, Dağlıq Şirvanda, Qarabağda, Naxçıvanda yetişdirilən texniki süfrə və kişmiş üzümünün 200-dən artıq növü vardır. Respublikanın subtropik zonasında yaşıl çay yarpağı, subtropik (nar, xurma, incir, zeytun, feyxoa) və sitrus bitkilərin istehsalı yayılmışdır.

Maldarlıq əsasən, otlaq tipindədir. Bu ilk növbədə məhsuldarlığı olan qoyunların, onlardan ən irisi isə - Azərbaycanın dağ merinosunun-balbasın yetişdirilməsində özünü göstərir. Sürüdə yağlı südü olan camışların və zobuların (donqarlı öküzlərin) xalis çəkisinin artıq olması iri buynuzlu mal-qaranın yetişdirilməsinin əsas xüsusiyyətidir. Quşçuluq inkişaf etdirilmişdir. Quşçuluq kompleksləri bu günə əhalinin ətə və yumurtaya olan tələbatının 50%-ni təmin edir.
Balıq yetişdirilməsi inkişaf etməkdədir. Kür boyu bir çox rayonlarda nohur balığı yetişdirən fermer təsərrüfatlar fəaliyyət göstərir. Belə fermaların sayı sürətlə artır. Ən qədim sahə - ipəkçilik ölkənin rayonlarının iqtisadiyyatında mühüm rol oynayır.

qeri qayıtmaq 
 Nəqliyyat
Respublikanın mühüm nəqliyyat növü olan dəmir yolu şaxələnmiş şəbəkədən ibarətdir. Bakı-Dərbənd xətti respublikanın Rusiyanın Şimali Qafqaz yollarına və sonra onun Avropa hissəsnə, Bakı-Ağstafa xətti Azərbaycanı Gürcüstan vasitəsilə Qara dəniz limanlarına çıxışı, Culfa stansiyası vasitəsilə İranla əlaqə təmin edilir.

Xarici iqtisadi əlaqələrin genişləndirilməsilə əlaqədar, dəniz nəqliyyatı xüsusi əhəmiyyət kəsb edir. Xəzərdəki ən iri liman vasitəsiləBanıda həm Xəzərin hüdudlarında, həm də Volqada yüklərin daşınması həyata keçirilir. Türkmənistanla hərəkətdə olan bərə Avropadan Asiyaya bir başa yük daşınmasını təmin edir.
Respublika daxili yük daşımalarında avtomobil nəqliyyatı mühüm rol oynayır. Respublikanın əlverişli tranzit vəziyyəti, beynəlxalq hava limanı Bakını beynəlxalq hava yük daşımalarının mühüm mərkəzinə çevirmişdir.

Avropa-Qafqaz-Asiya (TRASEKA) beynəlxalq dəhlizi inkişaf etdikcə, Azərbaycanın nəqliyyat sistemi tədricən modernləşdirilir. TRASEKA dəhlizi Avropa, Kiçik və Orta Asiya dövlətlərini Çinlə və Cənub-Şərqi Asiya ölkələri ilə birləşdirir.
Hal-hazırda Azərbaycan Rusiyanın dəniz və quru yollarla İran və Hindistanla birləşdirəcək Şimal-Cənub layihəsinin işlənib-hazırlanmasında iştirak edir.

qeri qayıtmaq 
 Rabitə və telekommunikasiya
Azərbaycanda ölkənin 2006-cı ilə tam telefonlaşdırılması planlaşdırılır. Bu gün artıq, əhalinin təxminən 96%-i telefon əlaqəsindən istifadə edir. Hər il ölkənin telekommunikasiya sektoruna qoyulan kapitalın həcmi artır. Köhnəlmiş ATS avadanlıqlarının müasir elektron avadanlıqlarla əvəzlənməsi başa çatmaq üzrədir. Respublikanın bütün telekommunikasiya şəbəkəsi tamamilə rəqəmli sistemə keçmişdir. Yaxın illərdə telefon şəbəkəsi abonentlərinin sayı 1 750 000 olacaqdır. Respublikada mobil əlaqə abonentlərinin sayı bir milyonu keçmişdir, bu MDB ölkələri arasında birinci yerlərdən biri deməkdir. Hal-hazırda Azərbaycanda Trans-Asiya-Avropa optik-tel kabel xəttinin salınması layihəsi inkişaf etdirilir və həyata keçirilir. Optik-tel kabel əlaqəsi artıq, Azərbaycanın qonşu dövlətlərlə əlaqəsini yaratmışdır, bu ölkələr vasitəsilə dünyanın istənilən nöqtəsi ilə əlaqə yaratmaq mümkündür. Bütün bunlar ölkədə İnternetin inkişafına təkan verir. 2001-ci ilin sonundan Azərbaycanın bütün guşələrində İnternetdən istifadə edilir. Bu zaman abonent beynəlxalq əlaqə şəbəkəsindən istifadə edərək, yalnız İnternetin haqqını ödəyir.

qeri qayıtmaq 
 Sahibkarlıq
Respublikamız siyasi müstəqillik əldə etdikdən sonra iqtisadi strategiyanın əsas yolu kimi bazar iqtisadiyyatını seçdi. Respublikada bazar münasibətlərinin əsasını sahibkarlıq fəaliyyəti təşkil edir. Bu gün azad sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün zəruri olan hüquqi baza yaradılmışdır. Məsələn, sahibkarlığın formalaşdırılması üçün imkan yaradan bir sıra qanunlar qəbul edilmişdir. Bu qanun paketləri sırasında, xüsusilə, "Sahibkarlıq fəaliyyəti haqqında", "Səhmdar cəmiyyətlər haqqında", "Torpaq islahatı haqqında", "Antimonopoliya fəaliyyəti haqqında", "Əmtəə birjası haqqında", "Qiymətli kağızlar və fond birjası haqqında" və s. göstərmək olar.

Respublikada sahibkarlığın inkişafına təkan vermək məqsədilə xarici bankların ayırdığı kapitallar cəlb edilir, vergi sistemi dəyişdirilir, dövlət tərəfindən sahibkarlıq fəaliyyətinə kompleks yanaşma təmin olunur, dövlət siyasəti sistem xarakteri alır, kiçik və orta sahibkarlığın istiqamətləri haqqında proqramlar işlənib hazırlanır, milli sahibkarlıq konsepsiyası yaradılır, sahibkarlıq infrastrukturu inkişaf etdirilir, sağlam rəqabət üçün şərait yaradılması məqsədilə sahibkarlığın inkişafının prioritet istiqamətləri müəyyənləşdirilir, sahibkarlara uzunmüddətli güzəştli kreditlər ayrılır, qısa müddətli kreditlərin faizləri azaldılır.

Respublikada stabilləşdirilmə proqramı, habelə, Azərbaycan iqtisadiyyatının stabil inkişaf yoluna çıxarılması üçün zəruri olan struktur və sahələr üzrə islahatlar həyata keçirilir.
Bütün bu və digər təkliflər, şübhəsiz ki, sahibkarlığın inkişafına kömək edir, o da öz növbəsində respublikanın tərəqqisinə təkan verir.

qeri qayıtmaq 
Copyright © 2005