ECONOMY.AZ WWW. ECONOMY.AZ   SAYTINDA MÜSABİQƏ
AZE  |  РУС  |  ENG
Əziz dostlar!
«Sədəf» şirkəti «BAKOND» və «AZTİME WATCH COMPANY» şirkənləri ilə birgə müsabiqə elan edir.
Müsabiqənin mövzusu:
«Azərbaycan — doğma yurdum mənim» foto şəkil müsabiqəsi. Müsabiqə iki mövzu üzrə keçirilir.
- Azərbaycanın şəhərlərinin və rayon mərkəzlərinin (Bakının foto şəkli istisna olmaqla) ən yaxşı foto şəklinə görə
- Azərbaycan təbiətinin və peyzajlarının ən yaxşı foto şəklinə görə
Daha maraqlı foto şəkillər Saytda yerləşdiriləcəkdir.
Müsabiqənin keçirilmə müddəti:
Müsabiqə 2006-cı il iyun 20-dən 2006-cı il avqustun 31-nə (31-i də daxil olmaqla ) qədər keçiriləcəkdir. Müsabiqə materiallarının qəbulu başa çatdıqdan sonra iki həftə ərzində münsiflər heyəti müsabiqənin qaliblərini müəyyən edəcəkdir.
Müsabiqənin nəticələri 2006-cı il sentyabrın 25-də www.economy.az saytında çap ediləcək, qaliblərə isə mükafatlar təqdim olunacagdir.
Müsabiqənin mükafat fondu:
Azərbaycanın rayon və şəhərlərinin ən yaxşı foto şəklinə görə müsabiqənin qalibinə «BAKOND» şirkəti tərəfindən Panasonic radio telefonu təqdim ediləcəkdir.

Model KX-TC1205RUB.
Azərbaycan təbiətinin və peyzajlarının ən yaxşı foto şəklinə görə müsabiqənin qalibinə «AZTİME WATCH COMPANY» şirkəti tərəfindən «Çayka» və ya «AWC» kompaniyalarının qol saatları təqdim ediləcəkdir. .
Müsabiqənin sponsorları aşağıdakı kompaniyalardır:
«BAKOND» firması 1987-ci ildə yaradılmışdır. BAKOND firması dünyanın aparıcı istehsalıların məişət, elektron və sənaye avadınlıqlarının gətirilməsi, satışı, quraşdırılması və texniki xidməti ilə məşqul olur. BAKOND müxtəlif kondisioner və ventilyasiya sistemlərin, ofis telekommunikasiya sistemlərin layihələşdirilməsi, quraşdırılması və servis xidməti göstərilməsində ən qabaqcıl yerlərdən birini tutur. BAKOND firması Panasonic, LG Electronics, Toshiba, Mitsubishi, Olimpus, Citizen və s. kimi şirkətlərin Azərbaycanda rəsmi partnyordur.

Bakı, Əhməd Rəcəbli küçəsi, 1052
Tel: (+99412) 465 10 10
Fax: (+99412) 465 62 63
E-mail: sales@bakond.az
www.bakond.com

"AZTİME WATCH COMPANY" (AWC) şirkəti 2004-cü ildə Bakı şəhərində fəaliyyətə başlamışdır. Şirkətin qurulmasında əsas məqsəd, Azərbaycan xalqını yüksək keyfiyyətli saatlarla təmin etməkdir. Artıq bir ilə yaxındır ki, Aztaym Votç Kompani firması AWC ticarət markası ilə müxtəlif növlü qol, cib, divar və stolüstü saatları alıcılarına təqdim edir. Bundan başqa şirkətimiz, bütün dünyada məşhur olan Çayka (Chaika), Aviator, Buran, Şturmanskiye (Sturmanskie), Zarya (Zaria), Rekord, Vostok, Luç (Luch), Raketa və Molniya (Molnija) saatlarının Azərbaycandakı yeganə rəsmi təmsilçisidir.

Bakı şəhəri, AZ 1000, Xəqani küç.1, “Xəqani ticarət mərkəzi” 2-ci mərtəbə
Tel: (+994 12) 441 19 50, 441 19 35
Faks: (+994 12) 441 19 50, 441 19 35
E-mail: office@aztime.az
www.aztime.az

Müsabiqədə iştirak qaydaları:
- Müsabiqədə Azərbaycandan və xarici ölkələrdən istənilən müəllif iştirak edə bilər.
- Göndərilən foto şəkillər şəxsən özünüz tərəfındən çəkilməli və qeyd olunan vövzuya uyğun olmalıdır.
- Müsabiqədə paytaxtımız Bakının foto şəkillərindən istifadə olunmamalıdır.
- Foto çəkillərin minimal ölçüləri 15x21sm olmalıdır. Elektron variantda: *.jpg, həcmi 2,5 Mb artıq olmamaq şərti ilə.
- Foto materialların çəkildiyi yer haqqında məlumat əlavə edilməlidir, məsələn (foto şəkil 1- Zaqatala)

Müsabiqənin keçirilmə qaydaları:
- Müsabiqəyə -Azərbaycanın şəhərlərinin və rayon mərkəzlərinin, təbiətinin və peyzajlarının foto şəkilləri qəbul edilir.
- Müsabiqədə hər birinci yer üçün bir foto şəkil seçiləcəkdir. (bax: Müsabiqənin mövzusu).
- Foto şəkillər göndərilən məktublarda əlaqə telefonları və ya Sizinlə ünsiyyət yaratmaq üçün digər əlaqə vasitələri, habelə soyadınız, adınız və ünvanınız göstərilməlidir.
- Məktublar aşağıdakı email-ə - konkurs@ekonomy.az və ya
poçt ünvanı: Bakı, AZ1073, M.Rahim küçəsi 20/18- göndərilməlidir.
- Müsabiqə materiallarının son qəbul müddəti -31 avqust 2006-cı il
- Müsabiqənin təşkilatçıları göndərilən materiallardan istifadə hüququnu özündə saxlayır. Göndərilən şəkillər geri qaytarılmır.

Müsabiqənin qaliblərinə vükafatlar qaliblər elan edildikdən sonra öbh həftə ərzində göndəriləcək və ya təqdim ediləcəkdir.
Işlərin qiymətləndirilməsi və müsabiqənin münsiflər heyəti:
Fotoşəkillərin qiymətləndirilməsində başlıca meyar çəkilən obyektin rakursunun (görünüşünün) düzgün seçilməsi və keyfiyyətdir.

Münsiflər heyəti 5 nəfərdən ibarətir: o cümlədən «Sədəf», «BAKOND»«AZTİME WATCH COMPANY» şirkətlərinin hər birindən nümayəndə kimi bir nəfər və iki nəfər peşəkər foto şəkil mütəxəssisi iştirak edəcəkdir.
Münsiflər heyəti bütün iştirakçılara uğurlar diləyir!
Müsabiqənin təşkilatçıları «BAKOND»«AZTİME WATCH COMPANY» firmalarına təqdim etdikləri mükafatlara görə minnətdarlıqlarını bildirirlər.

Sonrakı müsabiqələrin sponsorluğunu etmək arzusunda olanlar konkurs@economy.az e-mail adresinə yazın.
2006-cı ilin sentyabr ayında www.economy.az saytında müntəzəm olaraq müxtəlif müsabiqələr keçiriləcəkdir.